Dünya
Ərdoğandan CHP ilə bağlı diqqətçəkən açıqlama - Göstəriş verdi ki...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-də yaşanan daxili çəkişmələrin AK Partiyanı maraqlandırmadığını bildirib.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, partiya rəhbərliyi ilə keçirdiyi iclasda CHP-dəki rəhbərlik mübarizəsinin həmin partiyanın daxili işi olduğunu vurğulayıb.
Ərdoğan əsas gündəmlərinin “Terrorsuz Türkiyə” prosesi olduğunu qeyd edib və CHP-ni gündəmdə saxlamamaq, diqqəti bu istiqamətdə aparılan işlərə yönəltmək tapşırığı verib:
"İndiyə qədər bu məsələ ilə heç bir şəkildə məşğul olmamışıq və gələcəkdə də olmayacağıq. Ümid edirik ki, ana müxalifət partiyası daxilindəki mənfilik və reaksiyalar demokratiyanı təhlükəyə atmayacaq”.
O, həmçinin “Terrorsuz Türkiyə” ilə bağlı qanunvericilik dəyişikliklərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb
Müəllif: Roza
-
İKT12:15"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı
-
Sosial12:06Pensiya alanların nəzərinə
-
Nida Xəbər 11:30Prezidentin köməkçisi: Bu proqram qarşıdakı dövr üçün strateji sənəddir
-
Nida Xəbər 10:36İşıqlı ömrün 90 illik salnaməsi: Salman Məmməd oğlu Çobanov
-
Yaxın Şərq10:12İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb
-
Region10:00Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO
-
Magazin109:54Aysunun daha bir bacısı ortaya çıxdı: "Anamı yığın, necə ola bilər?" - VİDEO
-
Nida Xəbər 09:21Azərbaycan XİN Rusiyanı təbrik etdi











.jpg)











.jpg)










