Cənubi Qafqaz
Ermənistanda seçkinin nəticələri ləğv oluna bilər - Bu gün qərar veriləcək
Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının qalib gəldiyi seçkilərin nəticələrinin ləğv edilməsi tələbi irəli sürülür.
Publika.az xəbər verir ki, seçkidə ikinci yeri tutan “Güclü Ermənistan” bloku nəticələrin ləğv edilməsi məqsədilə bu gün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.
Müraciətdə “seçkinin nəticələrinin ləğv edilməsi və hakim partiyanın səslərinə yenidən baxılması” tələb olunur.
Siyasi bloka rəhbərlik edən Narek Karapetyan bildirib ki, MSK-dan əsaslı cavab almasalar, Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. O, seçkidə saxtakarlığın olduğunu iddia edir.
“Ermənistan” bloku da daha öncə seçkinin nəticələrinin ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini açıqlayıb.
Hakim partiyanın üzvü, Ermənistan parlamentinin spikeri Alen Simonyan isə “Güclü Ermənistan"a cavabında bildirib ki, müxalifət seçkinin nəticələrini mübahisələndirməklə mandatları ələ keçirmələrinə haqq qazandırmaq istəyir.
“Onların ritorikası Rusiya telekanallarının ritorikası ilə eynidir. Xahiş edirəm, müraciət edib payladığınız pulu geri tələb edə bilərsinizmi? Milli Məclisə xoş gəlmisiniz, bilirdim ki, mandatları qəbul edəcəksiniz”, - o, istehza ilə deyib.
N.Karapetyan iddia edir ki, səslərin yenidən hesablanması nəticəsində hakim partiyanın səs faizi əhəmiyyətli dərəcədə azalıb. Hakim partiyasının sədr müavini Vaaqn Aleksanyan isə bunun əksini deyib. Bildirib ki, yenidən hesablama nəticəsində “Vətəndaş müqaviləsi”nin səsləri 49,8 faizdən 49,9 faizə qədər artıb.
Ermənistan MSK bu gün səslərin yenidən sayılmasını başa çatdıracaq. Yekun nəticələr bazar günü dərc olunacaq.
Asif
-
Magazin206:16Daha bir serial eşqi gerçək oldu
-
İKT04:14Teleqramdan möhtəşəm yeniliklər
-
Sosial01:41Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
-
Qoroskop00:30Günün ULDUZ FALI - Əla fürsət yaxalaya bilərsiniz
-
Region14 İyul 23:12Güclü zəlzələ Kahramanmaraşı yenə silkələdi
-
Magazin114 İyul 23:00"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
İdman14 İyul 22:00DÇ-2026: Fransa və İspaniya millilərinin heyətləri açıqlandı
-
Nida Xəbər 14 İyul 21:20Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək





































