Dünya
Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru qaçırıldı
Haitidə silahlı şəxslər Müdafiə Nazirliyinin aparat rəhbəri və milli polisin baş müfəttişi vəzifələrini icra edən Ceyms Boyarı qaçırıblar.
Publika.az "Associated Press"ə itinadla xəbər verir ki, Boyar ölkədə davam edən təhlükəsizlik böhranı fonunda son illərdə qaçırılan ən yüksək vəzifəli dövlət rəsmisi hesab olunur.
Yerli KİV-in məlumatına görə, hadisə cümə axşamı paytaxt Port-o-Prensin nisbətən təhlükəsiz hesab olunan Burdon rayonunda baş verib. Eyni zamanda, paytaxtın təxminən 70 faizinin ABŞ-ın terror təşkilatı kimi tanıdığı "Viv Ansanm" silahlı qruplaşmalar koalisiyasının nəzarətində olduğu bildirilir.
Haiti polisinin islahatı və silahlı qüvvələrin bərpası ilə məşğul olan Boyar ölkənin hüquq-mühafizə sisteminin modernləşdirilməsində mühüm rol oynayıb. Qaçıranların kimliyi və mümkün fidyə tələbləri hələlik təsdiqlənməyib. Ekspertlər qeyd edirlər ki, bu əməliyyat rəsmiləşdirilmiş və diqqətlə planlaşdırılmış bir hərəkət ola bilər.
Təhlilçilərin sözlərinə görə, Haitidə qaçırma halları əvvəllər təhlükəsiz hesab olunan bölgələrdə belə tez-tez baş verir. Bandit qruplaşmaları bəzən saxta "əməliyyatlar" və keçid məntəqələri təşkil etmək üçün polis formasından istifadə edirlər.
BMT-nin qiymətləndirmələrinə görə, ölkədə qaçırma halları yüksək aktivlik nümayiş etdirir: təkcə son aylarda yüzlərlə, ötən il ərzində isə mindən çox belə hadisə qeydə alınıb. Hadisələrin ümumi sayında müəyyən azalma olsa da, yüksək vəzifəli şəxslərin və əcnəbilərin qaçırılması silahlı qrupların təzyiq alətlərindən biri kimi qalmaqdadır.
Hüseyn İbadlı
-
İdman04:07DÇ-2026: Braziliya Mərakeşi məğlub edə bilmədi - YENİLƏNDİ
-
Nida Xəbər 00:00Sabiq səfir vəfat etdi
-
Sağlamlıq13 İyun 23:48Yayda yuxusuzluğa səbəb olan amillər
-
Region13 İyun 23:12Rusiya raketləri İran arsenalında - Ehtiyac yaranarsa...
-
Nəqliyyat13 İyun 22:36Bakıda bir sıra parklanma məntəqələri müvəqqəti bağlanır
-
Magazin213 İyun 22:00Hamilə “mələk” düymələri açıq pencəkdə poza verdi - FOTO
-
Nəqliyyat13 İyun 21:24Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri döndü
-
İdman13 İyun 20:24Olimpiya çempionu özünə toy edir - FOTO


































