DÇ-2026: Qətər son anda məğlubiyyətdən qaçdı - YENİLƏNDİ
Bizi izləyin

İdman

DÇ-2026: Qətər son anda məğlubiyyətdən qaçdı - YENİLƏNDİ

DÇ-2026: Qətər son anda məğlubiyyətdən qaçdı - YENİLƏNDİ

Futbol üzrə dünya çempionatında İsveçrə Qətərlə qarşılaşıb.

Publika.az xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər yalnız 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.

Qeyd edək ki, bu qrupun Kanada - Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşıb.

xxx

23:24

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.

17-ci dəqiqədə Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib.

23:05

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyunu start götürüb.

Publika.az xəbər verir ki, B qrupunun matçı "San Francisco Bay Area" stadionunda keçirilir.

Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm