Dünya
Londonda yüzlərlə insan lüt velosiped sürdü - FOTO
İngiltərənin paytaxtı Londonda iyunun 14-də ənənəvi Ümumdünya Lüt Velosiped Yürüşü (World Naked Bike Ride) keçirilib.
Publika.az xəbər verir ki, 2004-cü ildən təşkil olunan aksiyada bu il min nəfərdən çox velosipedçi iştirak edib.
Aksiya iştirakçıları avtomobil mədəniyyətinin yaratdığı problemlərə, eləcə də dünyanın neftdən asılılığına diqqət çəkməyə çalışıblar. Təşkilatçılar tədbirin tarixini dəyişərək onu bazar gününə keçiriblər. Buna səbəb yürüşün kral paradı - “Trooping the Colour” mərasimi ilə eyni günə düşməsinin qarşısını almaq olub.
Bununla belə, dinc və qanuni xarakter daşıyan tədbir cəmiyyətdə birmənalı qarşılanmayıb. London meri Sadiq Xan uşaqların bu cür görüntülərdən kifayət qədər qorunmaması ilə bağlı tənqid olunub. Cinsi zorakılığa qarşı fəaliyyət göstərən xeyriyyə təşkilatlarından biri isə şəhər rəhbərliyini nəzarət tədbirlərini sərtləşdirməyə çağırıb.
Qeyd edək ki, ötən il Londonda keçirilən analoji yürüşə 1200-dən çox insan qatılmışdı. Ötən ilin noyabrında isə İngiltərənin Esseks bölgəsində təşkil olunan oxşar aksiya zamanı iştirakçılardan birinin döyülməsi geniş rezonans doğurmuşdu.

-
İdman18:24"Sabah"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi
-
Nida Xəbər 15:34Rasim İldırımzadə məhkəmə zalında həbs edildi
-
Dünya14:33Trampla Bricitin salamlaşması gündəm oldu: ABŞ lideri onun əlini buraxmadı - VİDEO
-
İdman14:12DÇ-2026-da ilk qolu vuran futbolçunun həyat yoldaşı - FOTOLAR
-
Rəsmi xronika13:53Prezident fərman imzaladı
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
-
Sosial12:22Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
-
Nida Xəbər 11:46Hidayət Orucovun cənazəsi Bakıya gətirildi





































