Sağlamlıq
40 yaşdan sonra kişilər bunu etməlidir - Vacib xəbərdarlıq
40 yaşdan yuxarı kişilər qidalanma vərdişlərində mühüm dəyişiklik etməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə dietoloq Eşli Kitçens "Eating Well" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, 40 yaşdan sonra kişilər gündəlik rasionda zülalın miqdarını artırmalıdır.
Dietoloq bildirib ki, zülal qəbulu və güc məşqlərinin artırılması yaşla bağlı yaranan əzələ itkisi - sarkopeniyanın qarşısını almağa kömək edir.
“Zülal əzələ kütləsinin azalmasını ləngidən əsas qida maddəsidir”, - deyə o qeyd edib.
Eşli Kitçens əlavə edib ki, zülal sağlam maddələr mübadiləsini dəstəkləyir, qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir və aclıq hissini daha yaxşı idarə etməyə imkan yaradır.
Onun sözlərinə görə, zülalla zəngin qidalar daha uzun müddət toxluq hissi yaradır, çünki onların həzm prosesi daha çox vaxt aparır. Bu isə həddindən artıq qidalanma istəyini azaldır.
Dietoloq zülal qəbulunu artırmaq üçün menyuya mərcimək, qara lobya, noxud əlavə etməyi tövsiyə edib. O, həmçinin bərk bişmiş yumurta, yunan qatığı və balığı da faydalı zülal mənbələri kimi göstərib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)














