9 ildə 50 şübhəli: Həbs olunan kralın qohumu çıxdı
Bizi izləyin

Dünya

9 ildə 50 şübhəli: Həbs olunan kralın qohumu çıxdı

9 ildə 50 şübhəli: Həbs olunan kralın qohumu çıxdı

London polisi 2017-ci ildə dünya ictimaiyyətini sarsıdan məşhur hadisə ilə bağlı yeni həbs həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə həmin ilin may ayında qeydə alınmışdı. Videoda səhər qaçışı edən bir kişinin Temza çayı üzərindəki körpüdə tanımadığı qadını qəfil şəkildə yolun hərəkət hissəsinə itələdiyi görünürdü. Qadının üzərinə iki mərtəbəli avtobusun gəlməsinə saniyələr qalmış sürücü kəskin manevr edərək faciənin qarşısını almışdı. Avtobusun təkərləri qadının başından cəmi bir neçə santimetr aralıdan keçmişdi.

Hadisəni törədən şəxs isə geri dönmədən qaçışına davam etmiş, təxminən 15 dəqiqə sonra yenidən həmin ərazidən keçərkən şok vəziyyətində olan qadının kömək çağırışlarına məhəl qoymamışdı.

İstintaq orqanları doqquz il ərzində 50-dən çox şübhəlini yoxlayıb və nəhayət, yeni məlumat əsasında ehtimal olunan təqsirkarın kimliyini müəyyənləşdirib.

Məlumata görə, şübhəli 44 yaşlı milyonçu, Britaniya ordusunun keçmiş zabiti və özəl bankın direktoru olub. Onun həmçinin Kral Çarlz III və digər Avropa kral ailələri ilə qohumluq əlaqələrinin olduğu iddia edilir.

Şübhəli “ağır bədən xəsarəti yetirməyə cəhd” ittihamı ilə saxlanılıb, lakin daha sonra girov qarşılığında sərbəst buraxılıb.

İstintaqın gedişatı və hadisənin detalları ilə bağlı yeni məlumatların ortaya çıxacağı gözlənilir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm