Bu ölkədə cərrah-balıqlar rusları doğrayır
Bizi izləyin

Dünya

Bu ölkədə cərrah-balıqlar rusları doğrayır

Bu ölkədə cərrah-balıqlar rusları doğrayır

Son həftələrdə Misirin məşhur Şarm əl-Şeyx kurortlarında təhlükəli dəniz həyatı ilə bağlı bir neçə hadisə baş verib.

Publika.az xəbər verir ki, “Baza”nın məlumatına görə, turistlər cərrah-0balıqların iti və zəhərli tikanlarından xəsarət alıblar.

“Telegram” kanalının məlumatına görə, qurbanlardan biri olan Anastasiya Şarm əl-Şeyxdə sahildə gözəl balıqları müşahidə etmək qərarına gəlib.

Onlardan biri çox yaxın üzüb və bu da qızın ayağında kəskin ağrı hiss etməsinə səbəb olub. Ona tibbi yardım göstərilib - əvvəlcə otelin tibb mərkəzində müayinə edilib, daha sonra şəhər xəstəxanasında tikiş atılıb.

Oxşar hadisə başqa bir turistin - Veneranın da başına gəlib və onun ayağını balıq üç yerdən deşib.

Şahidlərin sözlərinə görə, sahildəki balıq populyasiyası çox böyük miqyasa çatıb, baxmayaraq ki, xəbərdarlıq lövhələri bütün çimərliklərdə quraşdırılmayıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm