Qalibaf İsveçrə səfərindən əvvəl ABŞ-ı hədələdi: Artıq hərəkət etsəniz...
Bizi izləyin

Dünya

Qalibaf İsveçrə səfərindən əvvəl ABŞ-ı hədələdi: Artıq hərəkət etsəniz...

Qalibaf İsveçrə səfərindən əvvəl ABŞ-ı hədələdi: Artıq hərəkət etsəniz...

İran Amerika tərəfi ilə qarşıdakı danışıqlarda əldə edilən razılaşmanı həyata keçirməyə çalışacaq. Vaşinqtonun vicdansızlığı və həddindən artıq tələbləri halında Tehran sarsıdıcı cavab verəcək.

Publika.az xəbər verir ki, bunu İran İslam Respublikasının nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilən İran Parlamentinin sədri Məhəmməd-Baqer Qalibaf bildirib.

Qalibaf sosial mediada yazıb:

"Ali Rəhbərin qarşımıza qoyduğu vəzifə müqavilənin şərtlərinin yerinə yetirilməsini təmin etməkdir. Müqavilənin pozulması və ya digər tərəfdən həddindən artıq tələblər olduqda, düşmənə sarsıdıcı cavab verməkdən çəkinməyəcəyik".

O, ABŞ-ı yenidən hərbi münaqişə yolu ilə getməyə cəhd göstərəcəkləri təqdirdə "daha güclü zərbə" ilə hədələyib.

İran və ABŞ-ın cümə günü İsveçrənin Bürgenştok şəhərində iki ölkə arasında əvvəllər imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi üçün danışıqlara başlaması gözlənilir.

Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə isə Parlamentin sədri Məhəmməd-Baqer Qalibaf rəhbərlik edəcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm