Dünya
Moskva ilə dialoq Avropanı parçaladı: Liderlər arasında fikir ayrılığı
Avropa İttifaqı ölkələrinin liderləri Rusiya ilə danışıqlar məsələsində iki fərqli mövqeyə ayrılıb.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Hazırda bu formatda təmasların əleyhinə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts çıxış edir. Onlar hesab edirlər ki, Kreml ilə kommunikasiya üçün indiki mərhələ uyğun deyil. Lakin münasib zaman yetişəndə danışıqlarda Paris, London və Berlinin təmsil olunduğu “Avropa üçlüyü” iştirak etməlidir.
Mənbənin sözlərinə görə, digər Avropa liderləri isə fərqli mövqe tutublar. Onlar Avropa Şurasının prezidenti Antoniu Koştanın yanaşmasını dəstəkləyiblər. Koşta bildirib ki, uyğun vaxt yetişəndə Moskva ilə dialoqa hazırlıq məsələsini avropalı rəsmilərlə müzakirə edir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Avropa ölkələri Moskva ilə danışıqlar aparmağa çalışsa da, eyni zamanda Avropa Şurasının strukturları vasitəsilə Rusiyaya hüquqi təzyiq göstərmək niyyətindədir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə bəyan edib ki, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar yalnız ABŞ-ın öhdəsinə buraxılmamalıdır.
Alman politoloq Aleksandr Rar isə hesab edir ki, Avropa İttifaqı adından Rusiya ilə danışacaq şəxsin seçilməsinin çətinləşməsində Avropa liderlərinin şəxsi ambisiyaları və danışıqlarda birbaşa iştirak istəyi mühüm rol oynayır.
Müəllif: Adəm
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
İdman05:15DÇ-2026: Kanada Qətəri darmadağın etdi
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU



































