ABŞ Suriya kürdlərinə şərt qoydu: İl sonuna kimi...
Bizi izləyin

Dünya

ABŞ Suriya kürdlərinə şərt qoydu: İl sonuna kimi...

ABŞ Suriya kürdlərinə şərt qoydu: İl sonuna kimi...

ABŞ-ın Türkiyədəki səfiri və Trampın Suriya-İraq üzrə xüsusi nümayəndəsi Tom Barak Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Məzlum Abdiyə PKK ilə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Bildirilib ki, Barak və Məzlum Abdi arasında görüş keçirilib. Görüş zamanı Barak SDQ-dən PKK ilə əlaqələrini tamamilə kəsməsini, təkilat üzvlərinin Suriyadan çıxarılmasını və ilin sonuna kimi SDQ-nin Dəməşq administrasiyasına hərbi və inzibati inteqrasiyasını tamamlamasını tələb edib.

Görüşdə kürd bölgələrindəki neft yataqlarından əldə olunan gəlirlərin bölüşdürülməsi və kürdlərin alacağı payın çərçivəsi də müzakirə edilib. Bu paya görə kürdlərin payı ilkin olaraq təxminən 10 faiz olacaq və istehsala görə artırılacaq.

Tərəflər həmçinin Suriyanın kürd bölgələrindən keçməklə Baniyas neft emalı zavoduna qədər uzanacaq yeni neft kəməri layihəsini də müzakirə ediblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm