BMT-nin rolu zəifləyib, qlobal sistem təhlükə altındadır - Şoyqu
Bizi izləyin

Dünya

BMT-nin rolu zəifləyib, qlobal sistem təhlükə altındadır - Şoyqu

BMT-nin rolu zəifləyib, qlobal sistem təhlükə altındadır - Şoyqu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, BRICS ölkələrinin təhlükəsizliyi ciddi risk altındadır.

Publika.az xəbər verir ki, bu barədə o, BRICS dövlətlərinin təhlükəsizliyi üzrə keçirilən görüşdə çıxışı zamanı danışıb.

Şoyqunun sözlərinə görə, beynəlxalq hüquqi sistem ciddi böhran içindədir və “qaydalar əsasında nizam” modeli ilə əvəzlənməyə çalışılır.

O bildirib ki, BMT-nin mərkəzi koordinasiya rolu faktiki olaraq zəifləyib. Onun sözlərinə görə, bəzi ölkələr Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

Şoyqu həmçinin ÜTT-nin qlobal ticarəti qorumaqda effektiv olmadığını, ÜST-nin isə pandemiya dövründə vaksinlərin qeydiyyatı prosesində ayrı-seçkiliyə yol verdiyini iddia edib.

O, həmçinin Ümumdünya Ərzaq Proqramının fəaliyyətini qərəzli adlandırıb.

Şoyqu “Qara dəniz təşəbbüsü” üzrə Rusiyaya dair öhdəliklərin yerinə yetirilmədiyini xatırladıb və Kimyəvi Silahların Qadağan Təşkilatı-nin bəzi araşdırmalarında siyasi yanaşmanın üstünlük təşkil etdiyini bildirib.

Sonda o, BRICS ölkələrini öz təhlükəsizlik mexanizmlərini gücləndirməyə çağırıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm