Dünya
ABŞ Ali Məhkəməsi Trampın bu tələbini rədd etdi
ABŞ Ali Məhkəməsi Donald Trampın yazıçı E. Jean Karrola qarşı cinsi təcavüz və böhtanla bağlı münsiflər heyətinin qərarının ləğv edilməsi tələbini qəbul etməyib.
Publika.az “BBC”yə istinadən xəbər verir ki, bununla da Trampın Karrol qarşısında məsuliyyət daşıdığı barədə qərar qüvvədə saxlanılıb.
Qərardan sonra Tramp sosial şəbəkə hesabında paylaşım edərək, işi "saxta iddia" adlandırıb və qərarın ABŞ-ın dəyərlərinə zidd olduğunu bildirib. O, hüquqi mübarizəsini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, E. Jean Karrol Trampı 1996-cı ildə Nyu-Yorkda yerləşən mağazaların birində ona cinsi təcavüz etməkdə ittiham etib. 2023-cü ildə münsiflər heyəti Trampı məsul hesab edib və onu cinsi təcavüz və böhtana görə ümumilikdə 5 milyon dollar təzminat ödəməyə məhkum edib.
Müəllif: Roza
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ






























