Dünya
Sensasion faktlar açıqlandı: Rusiyanı Yaponiya şirkətləri silahlandırır
Yaponiya şirkətləri tərəfindən istehsal olunan komponentlər Rusiyanın qanadlı və ballistik raketlərinin təxminən 90%-də, eləcə də PUA-larda mövcuddur.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin sanksiyalar siyasəti üzrə müşaviri və səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk Yaponiyanın “Kyodo News” xəbər agentliyinə verdiyi şərhdə bildirib.
Silahların üzərində tapılan hissələrin əksəriyyəti Yaponiyada mülki istifadə üçün satılan elektron komponentləridir. Nəşr Rusiyanın ixracına nəzarət etmək çətin olan ümumi təyinatlı mallardan istifadə etdiyini irəli sürür.
Materialda deyilir: "Cənab Vlasyuk tərəfindən “Kyodo News”a açıqlanan Ukrayna hökumətinin daxili sənədlərinə görə, Rusiya ordusunun X-101 qanadlı raketləri aparıcı Yaponiya yarımkeçirici şirkətlərinin və digər böyük elektronika istehsalçılarının elektron komponentlərindən istifadə edir" .
Jurnalistlər Rusiya raket və dronlarında komponentləri tapılan 13 Yapon şirkəti ilə əlaqə saxlayıblar. Beş istehsalçı "məhdud məlumat" səbəbindən komponentlərin mənşəyini təsdiqləyə bilməyib, bir şirkət məhsulunun yenidən istifadə edildiyindən şübhələndiyini, digəri isə tapılan komponentin başqa bir şirkətə məxsus olduğunu bildirib. “Kyodo News”un verdiyi məlumata görə, daha altı istehsalçı sorğulara cavab verməyib.
Müəllif: Tural
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ






























