Dünya
NATO Rusiya ilə müharibə ərəfəsində: Həlledici qərar Ankarada veriləcək?
NATO ilə Rusiya arasında mümkün genişmiqyaslı hərbi qarşıdurma ilə bağlı həlledici qərarın alyansın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitindən sonra verilə biləcəyi iddia olunub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
İddiaya görə, Avropa ölkələri artıq indidən Moskva ilə mümkün müharibə ssenarilərini hesablayır. Məqalədə qeyd olunur ki, Rusiya tərəfi də belə bir riskin 2030-cu ilə qədər yarana biləcəyini istisna etmir.
Məlumatda “ABŞ və NATO belə hadisələrdən kənarda qala biləcəkmi?” sualı gündəmə gətirilir və Ankarada keçiriləcək sammitdə səslənəcək açıqlamaların xüsusi əhəmiyyət daşıdığı vurğulanır.
Məqalə müəllifi ümid etdiyini bildirib ki, Türkiyə paytaxtından bütün dünya üçün sülh mesajları veriləcək və görüş beynəlxalq gündəm baxımından diqqətçəkən nəticələrlə yadda qalacaq.
Adəm
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ






























