Dünya
Müxalifət liderinin vətənə qayıtmasına icazə verilmədi: ABŞ da kömək etmədi
Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun zəlzələlərin fəsadlarının aradan qaldırılmasına kömək etmək üçün Panamadan ölkəsinə qayıtmaq cəhdi baş tutmayıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Mariya Korina Maçado iyunun 29-da sosial şəbəkələrdə paylaşdığı videomüraciətdə Venesuela hakimiyyətini ölkəyə qayıtmasına mane olmaqda ittiham edib. O, vətənə dönərək zəlzələdən zərər çəkən bölgələrin bərpası üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Nəşr yazır ki, müxalifət lideri ötən həftəsonu Venesuelaya getmək üçün Kurasao adasından tranzit məntəqəsi kimi istifadə etmək istəyib. Lakin ABŞ onun səfərinə təminat vermədiyi üçün Niderland hakimiyyəti ölkəyə giriş müraciətini rədd edib.
Qəzetin məlumatına əsasən, Maçadonun həm Vaşinqtondakı, həm də Venesueladakı əleyhdarları Ağ ev rəsmilərini onun ölkəyə qayıdışının zəlzələdən sonra onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıra və zərərçəkənlərə yardım səylərinə mənfi təsir göstərə biləcəyinə inandırıblar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bildirib ki, Donald Tramp administrasiyası gələcəkdə Maçadonun Venesuelaya qayıtmasını dəstəkləyir. Bununla yanaşı, o, müxalifət liderinin son addımlarını "siyasi gediş" adlandırıb.
Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində yüzlərlə yaşayış evi dağılıb, xəstəxanalar və digər infrastruktur obyektləri zədələnib, ölkənin əsas hava limanının fəaliyyəti dayandırılıb. Son məlumatlara görə, zəlzələlərdə azı 1943 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Adəm
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı




















.jpg)













