Dünya
700 milyard dollar itirdi, amma zarafatından qalmadı
Amerikalı biznesmen, “SpaceX” şirkətinin və “Tesla”nın qurucusu İlon Mask artıq trilyoner olmadığını bildirib.
Publika.az xəbər verir ki, Mask “X” sosial şəbəkəsindəki paylaşımında bu mövzuda zarafat edib.
“Keçmiş trilyoner”, - deyə o yazıb.
“Forbes”in məlumatına görə, hazırda İlon Maskın sərvəti 725 milyard dollar təşkil edir.
Xatırladaq ki, iyunun 24-də “Bloomberg” Maskın sərvətinin 1 trilyon dollardan aşağı düşdüyünü açıqlamışdı. Onun sərvəti “SpaceX”in birjaya çıxmasından sonra iyunun 16-da 1,45 trilyon dollara çatmışdı. Lakin şirkətin səhmlərinin kəskin ucuzlaşması nəticəsində Mask trilyoner statusunu itirib.
İyulun 13-də “SpaceX” səhmlərinin dəyəri 40 faiz azalaraq ilkin kütləvi təklif (IPO) səviyyəsinə yaxınlaşıb. Bundan əlavə, “Tesla”nın maliyyə nəticələrinin analitiklərin proqnozlarından aşağı olması şirkətin bir gün ərzində 214,5 milyard dollar bazar dəyəri itirməsinə səbəb olub.
Daha əvvəl Mask Ukraynada münaqişənin Qərbin Rusiyaya güzəştləri olmadan başa çatmasının mümkün olmadığını bildirmişdi.
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO
-
Avto09:57Çindən avtomobillərlə bağlı görünməmiş geriçağırış - 3 milyon maşında qüsur var
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Avropa08:48Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar




























.webp)









