Dünya
Yunanıstanda hakim partiya üzvlərinə hücum: Ölən və yaralananlar var
Yunanıstanın Saloniki şəhərində hakim Yeni Demokratiya Partiyası üzvlərinin evlərini hədəf alan hücum nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, hücumlar səhər saatlarında qaz balonlarından hazırlanmış əl istehsalı olan partlayıcı qurğularla həyata keçirilib.
Yandırılan avtomobillərdən birinin hakim partiyanın deputatlığa namizədi Afroditi Nestoraya məxsus olduğu bildirilib. Yanıq xəsarətləri alan Nestoranın xəstəxanaya yerləşdirildiyi, anasının isə həyatını itirdiyi qeyd olunub.
Baş nazir Kiriakos Mitsotakis hadisəni cəmiyyətdə zorakılığın təzahürü adlandıraraq radikal qruplara qarşı sərt mübarizə aparılacağını bəyan edib.
Partiyanın Siyasi Komitəsinin katibi Konstantinos Kuranakis isə hücumun terror aktı olduğunu vurğulayıb.
Qeyd edək ki, Yunanıstanda siyasətçilərin, polis əməkdaşlarının və digər səlahiyyətli şəxslərin əmlakına, eləcə də hakimiyyət rəmzlərinə qarşı radikal qruplar tərəfindən həyata keçirilən bu cür hücumlar tez-tez baş verir. Lakin bu hadisələr adətən yalnız maddi ziyanla yekunlaşır.
Müəllif: Roza
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı




















.jpg)













