Dünya
Rusiyanın qonşusu hava məkanını bağladı - Təhlükə Ukraynadandır?
Finlandiya Müdafiə Qüvvələri iyulun 2-si səhər saatlarında Finlandiya körfəzinin şərq hissəsi üzərində hava məkanında uçuşlara müvəqqəti məhdudiyyət tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə Finlandiya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, qərar ölkə ərazisinə pilotsuz uçuş aparatlarının daxil olması ehtimalına qarşı ehtiyat tədbiri kimi qəbul edilib. Məhdudiyyət yerli vaxtla saat 04:26-da qüvvəyə minib və təxminən saat yarım sonra - 06:00-da ləğv olunub.
Baş Qərargahın açıqlamasına görə, Finlandiya hava məkanında heç bir pilotsuz uçuş aparatı aşkarlanmayıb. Bununla belə, son vaxtlar Ukrayna dronlarının Finlandiya sərhədini pozması hallarının artması fonunda hava məkanının bağlanmasına qərar verilib.
Xatırladaq ki, 2026-cı ilin mayında Finlandiya prezidenti Aleksandr Stubb Ukraynaya ölkənin hava məkanından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyi qadağan etmişdi.
Qeyd olunur ki, Finlandiyanın tətbiq etdiyi məhdudiyyətlər Rusiya suları və Leninqrad vilayəti ilə həmsərhəd olan Finlandiya körfəzinin şərq hissəsini əhatə edib.
Xatırladaq ki, səhər saatlarında həm Leninqradda, həm də Finlandiyada məhdudiyyət aradan qaldırılıb. Finlandiya tərəfi bildirib ki, tətbiq edilən tədbirlər yalnız preventiv xarakter daşıyıb.
Adəm
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi

















.jpg)


















