Dünya
Türkiyə bu gəmini İstanbula buraxmadı - Göyərtəsində olan 1000 nəfərin hamısı...
Türkiyə hakimiyyəti "əxlaq normaları" və "ailə dəyərləri"ni əsas gətirərək amerikalı LGBTQ+ turistlərinə xidmət göstərən kruiz gəmisinin ölkənin limanlarında dayanmasını qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə CNN Aralıq dənizi kruizini təşkil edən “Atlantis Events” şirkətinin baş direktoruna istinadən məlumat yayıb.
Səfəri təşkil edən “Atlantis Events” şirkətinin məlumatına görə, 5 iyulda Yunanıstandan yola sıxan kruiz gəmisinin iki gün sonra Türkiyənin Kuşadası liman şəhərinə çatması və daha sonra İstanbula getməsi planlaşdırılıb.
Lakin Türkiyə hakimiyyəti, ABŞ-dan 1000-dən çox sərnişinin olacağı gözlənilən gəminin "cəmiyyətimizin quruluşuna və mənəvi dəyərlərimizə uyğun olmayan davranışları ilə tanınan" qruplar tərəfindən icarəyə götürüldüyünü əsas gətirərək ləğv etdiklərini bildirib.
“MarineTraffic”in məlumatına görə, "Scarlet Lady" adlı gəmi Riçard Bransonun dəstəklədiyi "Virgin Voyages" kruiz şirkətinə məxsusdur. "Atlantis Events" gəminin artıq Türkiyə əvəzinə Misirin Qahirə şəhərində və Yunanıstanın Krit adasında dayanacağını açıqlayıb.
Müəllif: Tural
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO












.jpg)

















.jpg)





