Dünya
Yunanıstanda etirazlar başladı: İsrail bizi Türkiyə ilə müharibəyə sürükləyirlər
Yunanıstanın İsraillə dərinləşən müdafiə və strateji əməkdaşlığı ölkə mətbuatında sərt tənqidlərə səbəb olub.
Publika.az xəbər verir ki, Yunanıstanın “Banking News” portalı Baş nazir Kiriakos Mitsotakis və müdafiə naziri Nikos Dendiasın İsraillə bağlı siyasətinin ölkəni strateji tələyə saldığını bildirib.
Nəşr bu siyasəti ölümcül səhv adlandıraraq, İsraildən alınması planlaşdırılan "Axilles Qalxanı" müdafiə sisteminin Yunanıstan üçün risk yaratdığını vurğulayıb.
Təhlildə həmçinin, "İsrail bizi Türkiyə ilə hərtərəfli müharibəyə sürükləyir" fikrinə yer verilib.
“Documento” nəşri isə Afinanın bölgədə "İsrailin Troya atı" kimi hərəkət etdiyini yazaraq, bu siyasətin Yunanıstanı Türkiyə ilə çoxcəbhəli gərginlik riski ilə üz-üzə qoyduğunu qeyd edib.
“Militaire” saytı da hökumətin İsraillə bağlı siyasətini tənqid edərək, "Yunanıstan artıq İsrailin peykinə çevrilib" və "başqalarının istifadə etdiyi torpaq parçasına dönmüşük" ifadələrini işlədib.
Müəllif: Roza
-
İKT18:19ABŞ şirkətinin bu qərarı bütün smartfonları bahalaşdıracaq
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Magazin218:00Dünya ona, o isə rejissora heyrandır
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
İdman15:07295 milyonluq yeyintiyə görə saxlanıldı
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO





















.jpg)













