Dünya
Trampın Türkiyə səfərinin təfərrüatı: Ankarada kimlərlə görüşəcək?
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp NATO Liderlər Zirvəsi çərçivəsində Ankaraya səfər edəcək.
Publika.az xəbər verir ki, Ağ Evin məlumatına görə, Tramp zirvə proqramından sonra Ukrayna prezidenti Volodimir Zelenski və Suriya prezidenti Əhməd Əl Şaraa ilə ikitərəfli görüşlər keçirəcək.
Bildirilib ki, Trampı Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq. ABŞ prezidenti NATO liderlərinin şam yeməyinə, zirvə iclasına və ənənəvi ailə fotosuna qatılacaq.
Ağ Evin açıqlamasına əsasən, Trampın Zelenski ilə görüşündə əsas müzakirə mövzusu Ukraynada müharibənin dayandırılması və diplomatik həll yolları olacaq. Açıqlamada Vaşinqtonun həm Rusiya, həm də Ukrayna ilə təmaslarını davam etdirdiyi və Trampın vasitəçilik səylərini sürdürdüyü də vurğulanıb.
Bundan başqa, zirvədə İranla bağlı regional təhlükəsizlik riskləri, dəniz ticarət marşrutlarının qorunması, NATO-nun müdafiə xərcləri və Alyans daxilində yük bölgüsü məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.
Həmçinin zirvə çərçivəsində ABŞ müdafiə sənayesi ilə bağlı yeni əməkdaşlıq sazişlərinin və milyardlarla dollar dəyərində müdafiə layihələrinin açıqlana biləcəyi qeyd olunub.
Müəllif: Roza
-
Rəsmi xronika11:00İlham Əliyev Malavi Prezidentini təbrik etdi
-
Region10:44Tsarukyanın evində axtarış aparılır
-
Hadisə10:14Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - FOTO
-
İqtisadi gündəm09:26Rubl bahalaşdı - MƏZƏNNƏ
-
Kriminal09:00Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü
-
Sosial08:24Bu sənədi yoxlamadan ev alanlar çıxılmaz vəziyyətdə qalırlar - Xəbərdarlıq
-
Dünya08:12Kiyevə kütləvi hava zərbələri - 7 ölü, 24 yaralı var
-
Magazin207:35Messi eşq yaşadığı iddia edilən jurnalisti kameraların önündə qucaqlayıb öpdü və... - Foto















.jpg)

.jpg)









.jpg)

.jpg)






