Dünya
Netanyahunu ABŞ-a çətin səfər gözləyir: Ağ Evdə ondan nə tələb edəcəklər?
ABŞ administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı işğal altındakı Qərbi Şəriyədə fələstinlilərə qarşı zorakılığın dayandırılması ilə bağlı Təl-Əvivə rəsmi tələblər irəli sürəcəyi iddia olunur.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” televiziyası məlumat yayıb.
Bildirilib ki, Vaşinqton administrasiyası Qərbi Şəriyədə artan zorakılıq hadisələrindən narahatdır. Bu səbəbdən ABŞ İsrail ordusunun fələstinlilərə qarşı hüquq pozuntularının dayandırılmasını tələb edəcək.
Məlumata əsasən, prezident Donald Tramp bu məsələni gələn həftə Vaşinqtonda Baş nazir Benyamin Netanyahu ilə keçiriləcək görüşdə gündəmə gətirəcək. Vaşinqtonun, həmçinin İsraildən baş verən hüquq pozuntuları ilə bağlı görülən tədbirlər barədə rəsmi hesabat istəyəcəyi bildirilir.
ABŞ-ın əlavə olaraq Qərbi Şəriyədəki hərbi keçid məntəqələrində hərəkətin asanlaşdırılmasını və Fələstin Administrasiyasına iqtisadi dəstəyin artırılmasını da tələb edəcəyi qeyd olunur.
Müəllif: Roza
-
İdman11:08Azərbaycan həndbolunda böhran: Çempionat keçirilməyəcək?
-
Rəsmi xronika11:00İlham Əliyev Malavi Prezidentini təbrik etdi
-
Region10:44Tsarukyanın evində axtarış aparılır
-
Hadisə10:14Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - FOTO
-
İqtisadi gündəm09:26Rubl bahalaşdı - MƏZƏNNƏ
-
Kriminal09:00Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü
-
Sosial08:24Bu sənədi yoxlamadan ev alanlar çıxılmaz vəziyyətdə qalırlar - Xəbərdarlıq
-
Dünya08:12Kiyevə kütləvi hava zərbələri - 7 ölü, 24 yaralı var























.jpg)


.jpg)






