İdman
Mərakeşlilər Avropanın mərkəzində aləmi bir-birinə qatdılar
DÇ-2026-nın 1/8 final mərhələsində Mərakeş millisinin Kanada üzərində qazandığı qələbədən sonra Niderlandda kütləvi iğtişaşlar baş verib.
Publika.az xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.
Hadisələrin əsas səbəbi Niderlandda böyük mərakeşli diasporunun yaşamasıdır. Şənbə günü azarkeşlər Mərakeşin Kanadanı 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlməsini qeyd etmək üçün şəhərlərin küçələrinə çıxıblar.
Lakin bir neçə şəhərdə bayram tədbirləri iğtişaşlara çevrilib. Haaqada bəzi şəxslər polis əməkdaşlarına şüşə butulkalar, daşlar və pirotexniki vasitələr atıblar. Nəticədə iki polis əməkdaşı xəsarət alıb. İctimai asayişi bərpa etmək üçün əlavə xüsusi polis qüvvələri cəlb olunub.
Haaqada iki polis əməkdaşı və bir yol hərəkəti tənzimləyicisi xəsarət alıb. Ümumilikdə 29 nəfər saxlanılıb, onlardan 25-i cərimə ödədikdən sonra sərbəst buraxılıb. Bundan əlavə, Rotterdam və Dordrext şəhərlərində pirotexniki vasitələrdən istifadə etdiklərinə görə daha 10 azarkeş saxlanılıb.
Utrextdə isə bəzi şəxslər yanğınlar törədib və polisə hücum ediblər. Lakin hadisələrdə şübhəli bilinən şəxslər hələ də saxlanılmayıblar.
Qeyd edək ki, Mərakeş millisi Dünya Çempionatının 1/4 final mərhələsində iyulun 9-da Fransa yığması ilə qarşılaşacaq.
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq















.jpg)

















.png)



