Türkiyənin F-35 proqramına qayıdışı: Mitsotakis şərh verməkdən imtina etdi
Bizi izləyin

Dünya

Türkiyənin F-35 proqramına qayıdışı: Mitsotakis şərh verməkdən imtina etdi

Türkiyənin F-35 proqramına qayıdışı: Mitsotakis şərh verməkdən imtina etdi

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı iddiaları şərh etməkdən imtina edib.

Publika.az xəbər verir ki, Ankarada keçirilən NATO sammitində iştirak edən Mitsotakis jurnalistlərin suallarını cavablandıırb.

O, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın F-35 məsələsi ilə bağlı açıqlamalarına münasibət bildirməyəcəyini deyib.

Mitsotakis müttəfiqlik münasibətlərinin əsas prinsiplər və yaxşı qonşuluq üzərində qurulmalı olduğunu vurğulayıb.

"Bu məsələ ilə bağlı şərh verməyəcəyəm. Əgər Türkiyə ilə müharibə təhlükəsi ilə üz-üzə qalsaq, qanuni hüquqlarımızdan istifadə etməliyikmi? Hər kəs bütün NATO müttəfiqlərinin həssaslıqlarını nəzərə almalıdır. Hesab edirik ki, problemlərin böyük hissəsi yalnız yaxşı qonşuluq anlayışı çərçivəsində həll oluna bilər”, - deyə o qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm