Magazin1
Azər Axşam: "Təəssüf ki, o dəyəri verən biz kişilərik, yerimizi itirmişik" - VİDEO
Aparıcı və aktyor Azər Axşam müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Publika.az Milli.az-a istinadla xəbər verir ki, sənətçi çıxışı zamanı cəmiyyətdə bəzi əxlaqsız xanımlara göstərilən münasibəti tənqid edərək iddialı açıqlamalar verib. O bildirib ki, bəzi insanlara həddindən artıq imtiyaz tanınır və onları tənqid etməyə belə çəkinirlər.
Azər Axşamın sözlərinə görə, bu vəziyyətin formalaşmasında kişilərin də rolu var. O qeyd edib ki, bəzi şəxslər layiq olmadıqları halda cəmiyyətdə üstün mövqeyə gətirilir və onlara xüsusi münasibət göstərilir.
Aktyor vurğulayıb ki, heç kim peşəsindən və ya statusundan asılı olmayaraq, layiqli insanlardan üstün tutulmamalıdır. Onun fikrincə, yaradılan bu imtiyazlar bəzi şəxslərdə özlərini həddindən artıq dəyərli hesab etmələrinə səbəb olur:
"Dünyada ən hörmət edilən insanlar fahişələrdir. Bu statusu ona görə yazmışdım ki, çünki bütün dünyada və bütün sahələrdə üstünlük onlardadır. Onlara söz deməyə, tənqid etməyə çəkinirlər. Həmin adamları narazı salmaqdan qorxurlar ki, gedib dayısına deyər, o da mənə od qoyar. Təəssüflər olsun ki, o dəyəri verən biz kişilərik. Biz artıq yerimizi itirmişik. Rəfdə nəyi hara qoyacağımızı bilmirik. Ola bilər sənin üçün əzizdir, amma faktiki fahişədir. Onu gətirib layiqli insanlardan üstün təbəqəyə qoymaq olmaz. O imtiyazlar verilən adam hansı sahədə olsa da, elə bilir ki, həqiqətən də sənətkardır, ondan böyük istedad yoxdur".
Azər Axşamın sərt fikirləri qısa zamanda sosial şəbəkələrdə yayılıb. İzləyicilər arasında onun mövqeyini dəstəkləyənlərlə yanaşı, səsləndirdiyi ifadələri tənqid edənlər də olub.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı








.jpg)











.jpg)

.jpg)















.jpg)