Nida Xəbər
Azərbaycan və Qazaxıstan telekanalları qarşılıqlı yayımlana bilər
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov, eləcə də Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin İnformasiya Komitəsinin Televiziya və Radio Kanalları üçün İnformasiya Fəaliyyəti Departamentinin baş eksperti Nurlan Bertısov ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin müttəfiqlik xarakteri daşıdığı vurğulanıb. Tərəflər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin informasiya və media sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Söhbət zamanı Hikmət Hacıyev sosial media platformaları ilə bağlı məsələlərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, birgə informasiya kontentlərinin hazırlanması, dezinformasiyaya qarşı birgə mübarizənin təşkilinin vacibliyini bildirib. Eləcə də Qazaxıstanda Azərbaycan televiziya kanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb.
Kanat İskakov və Nurlan Bertısov IV Şuşa Qlobal Media Forumunun uğurla təşkil olunması münasibətilə təbriklərini çatdırıblar. Onlar, həmçinin Prezident İlham Əliyevin Forum çərçivəsində media nümayəndələri ilə keçirdiyi görüşü yüksək qiymətləndirərək, dövlətimizin başçısının çoxsaylı sualları ətraflı və açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər.
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi






.jpg)
.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)

