Nida Təhlil
Şuşadan strateji mesajlar: Prezidentin çıxışı hansı reallıqları üzə çıxardı?
IV Şuşa Qlobal Media Forumu artıq Azərbaycanın beynəlxalq siyasi və informasiya diplomatiyasının ən mühüm platformalarından birinə çevrilib. Şuşanın özünün yaratdığı mənəvi atmosfer, Qarabağın dirçəlişini gözlə görmək və eyni zamanda burada Azərbaycanın gələcəyinə, regionun taleyinə və dünyada gedən proseslərə dair verilən mesajları dinləmək xüsusi əhəmiyyət daşıyır.
Bunu Publika.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupun sədri Rauf Arifoğlu bildirib.
Onun sözlərinə görə, IV Şuşa Qlobal Media Forumu sadəcə media tədbiri deyil, həm də siyasi-strateji platformadır.
“Prezident İlham Əliyev çıxışında təkcə media nümayəndələrinin suallarını cavablandırmadı, əslində Azərbaycanın yaxın və orta müddətli xarici siyasət kursunun əsas istiqamətlərini bir daha ortaya qoydu. Diqqətimi xüsusilə çəkən məqam bu idi ki, Prezident Azərbaycan-Rusiya münasibətləri ilə bağlı kifayət qədər açıq və prinsipial mövqe nümayiş etdirdi. Ermənistanla sülh prosesi, ABŞ və Avropa ilə münasibətlər, Çinlə strateji əməkdaşlıq, Türk dünyasının gələcəyi, Türkiyə ilə müttəfiqlik, eləcə də Yaxın Şərqdə baş verən hadisələr fonunda Azərbaycanın tutduğu mövqe çox aydın şəkildə ifadə edildi.
Bu çıxış göstərdi ki, Azərbaycan artıq hadisələrə reaksiya verən ölkə deyil, regional və qlobal proseslərə öz baxışını formalaşdıran, gündəm müəyyənləşdirən aktorlardan biridir. Prezidentin səsləndirdiyi fikirlər həm beynəlxalq auditoriyaya, həm qonşu dövlətlərə, həm də Azərbaycan cəmiyyətinə ünvanlanmış mühüm siyasi mesajlar idi. Şuşa Qlobal Media Forumunun əsas üstünlüyü də məhz bundadır”.

Rauf Arifoğlu forumu Azərbaycanın informasiya siyasətinin və ictimai diplomatiyasının mühüm uğurlarından biri adlandırıb:
“Dördüncü dəfədir ki, bu forumda iştirak edirəm və hər dəfə eyni hissləri yaşayıram. Builki forum da istisna olmadı. Burada dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər və ekspertlər Azərbaycanın mövqeyini birbaşa dövlət başçısından eşitmək, suallarını sərbəst şəkildə vermək və regionun gələcəyinə dair təsəvvür formalaşdırmaq imkanı əldə edirlər. Hesab edirəm ki, IV Şuşa Qlobal Media Forumu həm təşkilati səviyyəsinə, həm iştirakçıların coğrafiyasına, həm də verilən siyasi mesajların əhatə dairəsinə görə daha əhəmiyyətli oldu və uzun müddət beynəlxalq siyasi müzakirələrin mövzusu olaraq qalacaq”.
Müəllif: Roza Şəfiyeva
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO
-
Ekologiya07:17Bu gün rayonlarda 39 dərəcə isti olacaq













.jpg)



.jpg)




















