Dünya
İsraildən erməniləri məyus edəcək qərar
İsrail parlamenti (Knesset) 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin qondarma erməni soyqırımı kimi tanınmasına dair qanun layihəsi üzrə səsverməni təxirə salıb.
Publika.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Jerusalem News Syndicate” nəşri məlumat yayıb.
Agentliyin məlumatına görə, qərar İran ətrafında gərginləşən regional vəziyyət fonunda, həmçinin Türkiyədə keçirilən NATO sammitindən qısa müddət sonra qəbul edilib. Bildirilir ki, sammit zamanı Ankara ABŞ Prezidenti Donald Trampı Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləməyə çağırıb.
İsrail rəsmisi nəşrə bildirib ki, parlamentdə nəzərdə tutulan səsvermə dayandırılıb. Bu həftə Knesset yay tətilinə çıxır və oktyabrın 27-nə təyin edilən növbəti milli seçkilərə qədər parlament iclasları keçirilməyəcək.
Xatırladaq ki, iyun ayında İsrail Nazirlər Kabineti Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi fonunda 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan təşəbbüsü yekdilliklə təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Knessetdə yekun təsdiqdən keçməsi tələb olunurdu.
-
ABŞ01:40ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı
-
Qoroskop01:20Günün ulduz falı: Rutindən kənara çıxmağın vaxtıdır
-
Region13 İyul 23:55İranda partlayışlar baş verdi
-
İdman13 İyul 21:26Argentina millisi DÇ-dən kənarlaşdırılır? - 2.5 milyondan çox insan petisiyanı imzaladı
-
Hadisə13 İyul 20:24Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları
-
Hadisə13 İyul 19:50Füzulidə yanğınlar zamanı minalar partladı
-
ABŞ13 İyul 18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm13 İyul 14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
































