Dünya
Hörmüz boğazından yan keçmək üçün görün hansı addımı atacaqlar - BƏƏ-nin inanılmaz planı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "DP World" dövlət şirkəti BƏƏ-nin şərqində Hörmüz boğazından yan keçməklə neft və digər malların daşınması üçün yeni çoxfunksiyalı liman və konteyner terminalı inşa edəcək.
Publika.az xəbər verir ki, bu barədə "The Financial Times" (FT) şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fuceyra sahil zonasındakı yeni infrastruktur əmirliyin flaqman mərkəzi olan Cəbəl-Əlidən asılılığını azaldacaq. ABŞ-İran münaqişəsinin kəskinləşməsindən sonra regionun ən böyük konteyner limanı olan Cəbəl-Əlidə fəallıq 90-95 % azalıb. Bu, "DP World"ü beynəlxalq tərəfdaşlarını təchiz etmək üçün alternativlər axtarmağa sövq edib.
"Bizim öz planımız var və "DP World"nin nöqtey-nəzərindən şərq sahilindəki imkanları fəal araşdırırıq. Bu, nəyinsə düz getməyəcəyi təqdirdə, bir növ sığorta tədbiridir", - şirkət bildirib.
Yeni layihə "DP World"ün Oman körfəzindəki mövcudluğunu genişləndirəcək və konteynerlərin Hörmüz boğazından keçmədən ölkəyə daxil olub-çıxmasına imkan verəcək, bundan sonra onlar yük maşını ilə quru yolu ilə Dubay, Əbu-Dabi və qonşu Körfəz ölkələrinə daşınacaq.
Şirkət nümayəndəsi layihənin hələ yekunlaşdırılmadığını və BƏƏ hakimiyyəti ilə danışıqların davam etdiyini açıqlayıb. Lakin, yekun təsdiq alınsa, onun həyata keçirilməsi ilyarımdan çox çəkməyəcək. (Report)
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama
-
Dünya08:10BƏƏ və SEPAH-dan Hörmüzdə hücuma məruz qalan gəmilərlə bağlı açıqlama - 1 ölü, 8 yaralı var
-
İdman06:46DÇ-2026-da iştirak edən futbolçuların reytinqi - Mbappe 2-cidir
-
Magazin103:43Nahidə Babaşlı ikinci dəfə ailə qurur - Foto
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu
-
ABŞ01:40ABŞ İrana qarşı yeni zərbə dalğasına başladı
-
Qoroskop01:20Günün ulduz falı: Rutindən kənara çıxmağın vaxtıdır


































