Sosial
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bu gün paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə Publika.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 12:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Eyni zamanda Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dək Həsən Əliyev 131 ünvanında yerləşən Telefon Rabitə Qovşağında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Nazim Hacıyev, Habil Əliyev, Murad Mirzəyev, Ümid Əkbərov küçələrinin bir hissəsini əhatə edəcək.
Həmçinin Nizami RETSİ-nə daxil olan bir neçə TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Kamran Əfkari, Məşədi Hilal Kazımov, Rafiq Ağayev, Yarış, Kəndçi, Nizami Abdullayev küçələrinin bəzi əraziləri gərginliksiz qalacaq.
Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisindəki 35/6 kV-luq "Sarıqaya" yarımstansiyasından çıxan 6 kV-luq "Novxanı-1" hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq.
Qurumdan əlavə edilib ki, təmir işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama
-
Dünya08:10BƏƏ və SEPAH-dan Hörmüzdə hücuma məruz qalan gəmilərlə bağlı açıqlama - 1 ölü, 8 yaralı var
-
İdman06:46DÇ-2026-da iştirak edən futbolçuların reytinqi - Mbappe 2-cidir
-
Magazin103:43Nahidə Babaşlı ikinci dəfə ailə qurur - Foto
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu










.jpg)




























