Hadisə
Sükan arxasında yuxulayan sürücü körpüdən aşdı - VİDEO
Xaçmaz rayonunda minik avtomobili körpüdən çaya düşüb, sürücü xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi Xaçmaz-Xudat avtomobil yolunda, Qudyalçay üzərində yerləşən körpüdə qeydə alınıb.
Məlumata görə, Xaçmaz rayon sakini Hüseyn Məmmədovun idarə etdiyi "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya aşıb.
Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin araşdırmalar zamanı hadisəyə səbəb kimi sürücünün yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etməsi ehtimalı irəli sürülüb.
BDYPİ qeyd edib ki, yorğunluq və yuxusuzluq səbəbindən baş verən yol-nəqliyyat hadisələri ağır nəticələrə səbəb ola bilər. Qurum sürücüləri istirahət rejiminə əməl etməyə, yorğun halda sükan arxasına keçməməyə və yol hərəkəti zamanı diqqətli olmağa çağırıb.
İdarə vurğulayıb ki, yol qəzalarının qarşısının alınmasında əsas amillərdən biri sürücülərin məsuliyyətli davranması və sükan arxasında daim diqqətli olmasıdır.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







.webp)






























.jpg)
