Baş nazirin qardaşı 9 il azadlıqdan məhrum edildi
Bizi izləyin

Dünya

Baş nazirin qardaşı 9 il azadlıqdan məhrum edildi

Baş nazirin qardaşı 9 il azadlıqdan məhrum edildi

İspaniyanın Baş naziri Pedro Sançezin qardaşı David Sançez 9 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə Estremadura Ali Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, David Sançez vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

İstintaq 2024-cü ildə Badaxos əyalət şurasında aparılan axtarışlardan sonra başlanıb. İddialara görə, David Sançez üçün xüsusi vəzifə yaradılıb və sonradan həmin vəzifənin şərtləri onun maraqlarına uyğun dəyişdirilib.

Məlumata görə, David Sançez Badaxos əyalət şurasında 2017-ci ildən bəri çalışır. Pedro Sançez isə 2018-ci ildə İspaniyanın Baş naziri olub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm