Dünya
Yaponiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə bunu edəcək
Yaponiya II Dünya müharibəsindən sonra ilk dəfə mərkəzləşdirilmiş kəşfiyyat xidməti yaradır
Yaponiya hökuməti İkinci Dünya müharibəsindən sonra ilk dəfə vahid mərkəzləşdirilmiş kəşfiyyat xidməti yaradacaq.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, yeni qurumun fəaliyyətə bu ilin dekabrında başlaması planlaşdırılır. Xidmət birbaşa Baş nazir Sanae Takaitiyə tabe olacaq. İlkin mərhələdə qurumda bir neçə yüz əməkdaş, o cümlədən kibertəhlükəsizlik mütəxəssisləri, proqram mühəndisləri və analitiklər çalışacaq. Layihənin büdcəsinin 400 milyon dollar olacağı deyilir.
Məlumata görə, Yaponiya yeni kəşfiyyat xidmətinin yaradılması zamanı ABŞ, Avstraliya və Almaniya ilə texnologiya, kadr hazırlığı və işin təşkili sahəsində əməkdaşlıq edir. İslahat Çin, Rusiya və Şimali Koreyadan qaynaqlanan təhlükələrin artması fonunda ölkənin təhlükəsizlik strategiyasının yenilənməsinin tərkib hissəsi hesab olunur.
Bununla yanaşı, təşəbbüs ölkə daxilində də müzakirələrə səbəb olub. Müxalifət nümayəndələri yeni qurumun şəxsi həyata müdaxilə riskini artıracağını və kütləvi nəzarət sisteminə yol aça biləcəyini bildirirlər.
-
Dünya17:41İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
-
Rəsmi xronika14:57Prezidentlərdən bir-birinə simvolik hədiyyələr - VİDEO
-
İdman14:42Yaxın Şərqdəki vəziyyət Formula 1-in planını dəyişir: Bakıda iki mərhələ olacaq?
-
Nida Xəbər 14:24Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı - PAYLAŞIM
-
Magazin114:00Zaur Nəbioğluya vəzifə verildi
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?





































