Həkim xəstəxananın tualetində yüzlərlə qadını gizlicə lentə alıb
Bizi izləyin

Dünya

Həkim xəstəxananın tualetində yüzlərlə qadını gizlicə lentə alıb

Həkim xəstəxananın tualetində yüzlərlə qadını gizlicə lentə alıb

Avstraliyada bir həkim dörd il ərzində Melburndakı üç xəstəxananın tualetində yüzlərlə qadını gizlicə lentə alıb.

Publika.az xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.

28 yaşlı sinqapurlu Ryan Ço universiteti bitirdikdən sonra 2021-ci ildən 2025-ci ilə qədər Melburndakı üç xəstəxanada çalışıb. Dörd il ərzində o, tualetlərdə qadınların gizli şəkildə şəkillərini çəkib. Evində axtarış zamanı polis 460 qurbanın 4500-dən çox videosu və intim məzmunlu 10.000 faylın olduğu noutbuk tapıb.

Dindirmə zamanı tibb işçisi cinayəti etiraf edib. O, girov müqabilində azadlığa buraxılsa da, ona şahidlərlə ünsiyyət qurmaq və xəstəxanalara getmək qadağan edilib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm