Haluk Levent görün nə qədər yardım toplayıbmış - Rəqəm açıqlandı
Bizi izləyin

Dünya

Haluk Levent görün nə qədər yardım toplayıbmış - Rəqəm açıqlandı

Haluk Levent görün nə qədər yardım toplayıbmış - Rəqəm açıqlandı

Xəbər verdiyimiz kimi, Türkiyədə "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində dərnəyin sədri, müğənni Haluk Levent barəsində saxlanılma qərarı çıxarılıb.

Publika.az xəbər verir ki, məhkəməyə göndərilən Haluk Levent polisə ifadəsində 2023-cü il Kahramanmaraş zəlzələlərindən sonra toplanan yardımlar ilə bağlı açıqlama verib.

O bildirib ki, həmin dövrdə dərnəyin hesablarına təxminən 4 milyard 300 milyon lirə (təxminən 155,2 milyon manat) yardım daxil olub. Bu vəsaitin də demək olar ki, hamısı iki il ərzində zəlzələ bölgəsində həyata keçirilən layihələrə xərclənib.

O qeyd edib ki, bütün maliyyə sənədləri, fakturalar və təhvil-təslim aktları Daxili İşlər Nazirliyinə və aidiyyəti valiliklərə təqdim olunub. 2023, 2024 və 2025-ci illərə dair maliyyə yoxlamalarında isə hər hansı qanunsuzluq aşkarlanmayıb.

İfadəsində şəxsi maliyyə qərarlarında səhvlərə yol verdiyini etiraf edən Haluk Levent, bunu qanunsuzluq deyil, prosedur pozuntusu kimi qiymətləndirib. O, dərnəyin vəsaitlərinin şəxsi məqsədlər üçün istifadə edilmədiyini, istintaqın isə daşınmaz əmlak əməliyyatları ilə bağlı yarandığını bildirib.

Qeyd edək ki, “Ahbap” Dərnəyinə qarşı istintaq "toplanan ianələrin şübhəlilərin hesablarına köçürüldüyü" iddiaları əsasında aparılır. İş adamı Hüseyn Başaranın şikayətindən sonra başlayan araşdırma çərçivəsində Haluk Levent də daxil olmaqla bir sıra şübhəlilər saxlanılıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm