Dünya
Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
Livanın “Al Akhbar” nəşri iddia edib ki, Türkiyə və Qətərin son həftələrdə hazırladığı regional təşəbbüs prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Donald Trampa təqdim olunub. Həmçinin Tramp bu plan çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə başlayıb.
Publika.az xəbər verir ki, nəşrin yazdığına görə, Ərdoğan Trampa bildirib ki, İsrailin Suriya və Livandakı hərbi fəaliyyəti, eləcə də bölgədəki siyasəti Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəblərindəndir.
O, İsrailin Suriya və Livan ərazilərindən geri çəkilməsinin vacibliyini vurğulayıb. Məlumata əsasən, təşəbbüsün məqsədi bölgədə siyasi və təhlükəsizlik sabitliyini təmin etməklə iri iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaratmaqdır.
Nəşr həmçinin yazıb ki, Tramp bu plana müsbət yanaşsa da, İsrail rəhbərliyini razı salmaqda çətinlik çəkir.
İsrail və Livan arasında birbaşa danışıqların altıncı raundunun hazırda İtaliyanın paytaxtı Romada davam etdiyi qeyd olunub.
Müəllif: Roza
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi















.jpg)






















