Hava yolu şirkətləri xəbərdarlıq etdi: Bu əşyanı yük baqajına qoymayın
Bizi izləyin

Dünya

Hava yolu şirkətləri xəbərdarlıq etdi: Bu əşyanı yük baqajına qoymayın

Hava yolu şirkətləri xəbərdarlıq etdi: Bu əşyanı yük baqajına qoymayın

Hava yolu şirkətləri sərnişinlərə litium batareyalı cihazların, xüsusilə “powerbank” və elektron siqaretlərin yük baqajında daşınmaması ilə bağlı xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Bildirilib ki, litium batareyalar istehsal qüsuru və ya həddindən artıq qızma nəticəsində alovlana bilər. Təyyarənin yük bölməsində baş verən belə hadisələrə vaxtında müdaxilə etmək çətin olduğundan, yanğın riski xeyli artır.

Böyük Britaniyanın Mülki Aviasiya İdarəsinin məlumatına görə, yük baqajında batareyalardan qaynaqlanan insidentlərin sayı bir il ərzində 316-dan 643-ə yüksəlib.

Yeni qaydalara əsasən, sərnişinlər “powerbank” və digər ehtiyat litium batareyalarını yalnız əl baqajında daşımalıdırlar. Bir çox aviaşirkət uçuş zamanı “powerbank”ların şarj edilməsini də qadağan edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm