Dünya
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-ın təhdidlərindən sonra Haaqa Beynəlxalq Məhkəməsini müdafiə edib.
Publika.az xəbər verir ki, DW-nin məlumatına görə, Vadeful deyib: "Beynəlxalq Cinayət Məhkəməsi dünyanı daha təhlükəsiz və daha ədalətli bir yerə çevirir".
Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi insanlığa qarşı ən dəhşətli cinayətlərlə bağlı qərarlar qəbul edib və məsul şəxsləri məsuliyyətə cəlb edib. Vadeful iddia edib ki, potensial çatışmazlıqlar "bu vacib qurumun mövcudluğunu və bu nailiyyətləri şübhə altına almaq" üçün səbəb deyil.
Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ suverenliyinə təhdid yaratdığı iddiası əvvəllər Avropa Komissiyasının sözçüsü Ənvər əl-Ənuni tərəfindən rədd edilmişdi:
"Məhkəməyə, seçilmiş vəzifəli şəxslərə, işçi heyətinə və ya məhkəmə ilə əməkdaşlıq edən şəxslərə qarşı hücumlar və ya təhdidlər sadəcə qəbuledilməzdir".
Daha əvvəl ABŞ Dövlət Departamenti "Amerika hərbi personalını və rəsmilərini təqib etmək" və "ABŞ suverenliyini təhdid etmək" ittihamları ilə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı kampaniya başlatdığını elan etmişdi. Vaşinqton məhkəməyə qarşı yeni sanksiyalar tətbiq etməklə hədələmişdi.
Müəllif: Tural
-
Kriminal20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?
-
Rəsmi xronika13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır




















.jpg)
.jpg)













