Dünya
Venesuelada ölənlərin sayı 4 930 nəfərə çatdı
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 930 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqez teleqram kanalında xəbər verib.
Rodriqesin dərc etdiyi yenilənmiş hökumət hesabatına görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb, daha 17 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə işləri nəticəsində 6 462 nəfər xilas edilib, 35 781 nəfər xəstəxanalarda tibbi yardım alıb. 128 324 ailəyə dəstək göstərilib, 21 210 nəfər 107 müvəqqəti düşərgəyə yerləşdirilib, zərərçəkənlərə 10 063 ton ərzaq çatdırılıb.
Xatırladaq ki, 24 iyun axşam Venesuelada zəlzələlər qeydə alınıb. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 maqnitudada iki zəlzələ baş verib. Hər iki təkanın episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Əsas zəlzələdən sonra 1 308 təkrar təkan qeydə alınıb.
-
İdman06:46Həbib MMA-da bu qaydanın dəyişməsini istəyir
-
Magazin206:16Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
İdman02:00Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNDİ
-
Qoroskop00:00Günün ULDUZ FALI - Qazanc üçn əla fürsət yaxalaya bilərsiniz
-
İdman16 İyul 23:00Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
Magazin116 İyul 22:12Ayanın İstanbuldakı evi - VİDEO
-
Hadisə16 İyul 21:00Azərbaycanda ağır qəza - Ölənlər var
-
Sosial16 İyul 20:52Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ


































