Fransada fəlakət: On minlərlə ev işıqsız qaldı, yaralılar var
Bizi izləyin

Dünya

Fransada fəlakət: On minlərlə ev işıqsız qaldı, yaralılar var

Fransada fəlakət: On minlərlə ev işıqsız qaldı, yaralılar var

Fransanın bir sıra bölgələrində baş verən güclü fırtına ciddi dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 53 min ev təsərrüfatı işıqsız qalıb.

Ən çox zərər Overn-Ron-Alp və Yeni Akvitaniya bölgələrində qeydə alınıb. Obena şəhərində yüzlərlə avtomobilə və evlərə ziyan dəyib, təxminən 100 nəfər təxliyə edilib, azı 5 nəfər yaralanıb.

Bundan başqa, Sent-Etyen şəhərində tornado iki yük maşınının aşmasına səbəb olub, bölgədə nəqliyyatın hərəkəti çətinləşib. Yanğınsöndürənlər əlverişsiz hava şəraiti ilə bağlı 600-dən çox çağırışa müdaxilə ediblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm