Dünya
Rubio İrana xəbərdarlıq etdi: Hər gecə bədəl ödəyəcəksiniz
ABŞ Dövlət katibi Marko Rubio İranın razılaşma əldə etməyə hazır olmadığını bildirib.
Publika.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Rubio İranın həm birbaşa, həm də dolayı yollarla razılaşma üçün ABŞ-a müraciət etdiyini iddia edib.
“İranla bağlı problem ondan ibarətdir ki, nə vaxt bir razılaşma əldə etsələr, oradakı səlahiyyətli şəxslər ya həmin razılaşmanı pozur, ya da onu dəyişdirmək istəyirlər. Bu da onların razılaşma əldə etməyə hazır olmadığını göstərir. Onlar bədəl ödəməyə davam edəcəklər və hər gecə bu bədəl getdikcə artır. Hazırda baş verən də məhz budur”, - deyə o bildirib.
ABŞ Dövlət katibi İranın müdafiə sənayesi infrastrukturunun ciddi zərər gördüyünü, iqtisadiyyatının isə ağır vəziyyətdə olduğunu deyib.
Rubio İran rəhbərliyini ölkəni məhv etməkdə ittiham edib. O, Tehranı “Hizbullah”, HƏMAS, Husilər və digər silahlı qrupları dəstəkləməkdə, raket və pilotsuz uçuş aparatları istehsal etməkdə, həmçinin nüvə proqramını davam etdirməkdə günahlandırıb.
Müəllif: Roza
-
Nida Xəbər 16:50İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO














.jpg)










.webp)











