İdman
Corcina Ronaldonun üç uşağını övladlığa götürür
Kriştian Ronaldo və Corcina Rodrigesin dəbdəbəli toyundan bir həftə sonra futbolçunun ailəsində artıq əhəmiyyətli dəyişikliklər baş verib.
Publika.az Portuqaliya KİV-lərinə istinadla xəbər verir ki, Corcina Ronaldunun üç uşağını rəsmi olaraq övladlığa götürmək və onların anası olmaq niyyətindədir.
Məlumata görə, prosedur qapalı qapılar arxasında həyata keçirilir. Portuqaliya mətbuatı bunu “məxfi övladlığa götürmə” adlandırır, çünki cütlük zəruri hüquqi sənədləri ictimaiyyətə açıqlamadan rəsmiləşdirir.
Corcina 2016-cı ildən Ronaldo ilə münasibətdədir və uzun müddətdir ki, onun uşaqlarının həyatında mühüm rol oynayır. Futbolçunun özü dəfələrlə bildirib ki, Corcina onlara öz doğma uşaqları kimi yanaşır, bu da ailədə sıx bağlılığın formalaşmasına kömək edib.
Futbolçunun böyük oğlu kiçik Kriştian Ronaldo 2010-cu ildə dünyaya gəlib. 2017-ci ilin iyununda başqa qadından əkizlər — Eva Mariya və Mateo doğulub. Eyni ildə cütlüyün Alana Martina adlı qızı dünyaya gələndə Corcina ilk dəfə bioloji ana olub. 2022-ci ildə ailə yenidən genişlənib: Corcinanın Bella Esmeralda adlı qızı doğulub.
Cütlüyün yenidən əkizləri olub, lakin oğlan uşağı Anxel doğum zamanı faciəvi şəkildə vəfat edib. O vaxtdan bəri Corcina dəfələrlə özünü altı uşağın, o cümlədən dünyasını dəyişmiş oğlunun anası adlandırıb.
İllər ərzində Corcina dəfələrlə Ronaldonun uşaqları ilə birlikdə futbol oyunlarında, ailə tədbirlərində və tətillərdə görüntülənib. İndi isə onların münasibətləri rəsmi olaraq qanuniləşdirilə bilər.
Hüseyn İbadlı
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?



































