Dünya
9 kilometrlik küçədə 6 min nəfər - Dünyanın ən qeyri-adi kəndlərindən biri - VİDEO
Polşanın Suloszova kəndi qeyri-adi məskunlaşma quruluşu ilə diqqət çəkir.
Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, təxminən 6 min insan 9 kilometr uzunluğunda tək bir yol boyunca yaşayır.
Havadan baxdıqda kənd hər iki tərəfdən uzanan yaşıl və qızılı-sarı rəngli əkin sahələri ilə lentə bənzəyir. Bu mənzərəsinə görə Suloszova “Kiçik Toskana” adlandırılır.
700 ildən çox tarixə malik kənd ilk dəfə 1315-ci ildə qeydə alınıb. Suloszova “lancuchowka” adlanan xətti məskunlaşma modelinin günümüzə qədər qorunub saxlanılan ən diqqətçəkən nümunələrindən biridir.

Kənddə evlərin arxasında ailələrə məxsus uzun və ensiz əkin sahələri yerləşir. Bu quruluş sakinlərə evlərindən çıxan kimi tarlalarına çatmağa imkan verir.
Ənənəvi həyat tərzini qoruyan Suloszovanın yaxınlığında yerləşən Oycov Milli Parkı da bölgənin əsas turistik məkanlarından biridir.
Müəllif: Roza
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı





































