Dünya
Bu səhvi etməyin: Evdə saxlanılan qızıllar dəyərini itirir
Evdə saxlanılan qablaşdırılmış qızılların qorunması zamanı edilən kiçik bir səhv sahibinə ciddi ziyan vura bilər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, rütubət, yüksək temperatur və mexaniki təzyiq nəticəsində qablaşdırması və ya jelatini zədələnən qızılların dəyəri hər qram üçün təxminən 3-5 faiz azalır.
Qablaşdırmanın zədələnməsi ilə QR kod, holoqram, seriya nömrəsi və rafineriya imzası kimi orijinallığı təsdiqləyən göstəricilər də etibarsız hesab oluna bilər.
Qablaşdırmasız və ya paketi cırılmış qızıllar zərgərlər tərəfindən əlavə yoxlamalardan keçirilir. Məhsul yenidən çəkilir, əyarı yoxlanılır, zərurət yaranarsa kəsilərək tərkibi də araşdırılır.
Mütəxəssislər qızıl sahiblərinə qablaşdırmanı açmamağı, məhsulu quru və otaq temperaturunda saxlamağı, həmçinin əzilmə və cızılmaların qarşısını almaq üçün xüsusi qoruyucu qutulardan istifadə etməyi tövsiyə edirlər.
Müəllif: Roza
-
MDB14:12Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Avropa08:48Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi
























.webp)











