Müharibə aparan Rusiyada dollar milyonçularının sayı kəskin artdı
Bizi izləyin

Dünya

Müharibə aparan Rusiyada dollar milyonçularının sayı kəskin artdı

Müharibə aparan Rusiyada dollar milyonçularının sayı kəskin artdı

2025-ci ilin sonuna qədər Rusiya 5,2 faiz artımla dollar milyonçularının artım tempi baxımından qlobal miqyasda beşinci yerə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə İsveçrənin UBS bankının illik hesabatında bildirilir.

Litva 8 faizlə liderlik edib, ardınca Türkiyə (6,4 faiz), Latviya (5,7 faiz) və Macarıstan (5,3 faiz) gəlir. İrlandiya Rusiya ilə eyni faiz göstəricisinə malikdir və yeni dollar milyonçularının qlobal artım tempi 1,5 faiz təşkil edib.

Beləliklə, hər gün dünyada bu kateqoriyadan olan 2600 yeni milyonçu qeydə alınır.

Ən çox say ABŞ-ın payına düşür və ümumi sayın 40 faizini (23,6 milyon nəfər) təşkil edir. Digər 25 faizi (təxminən 15 milyon nəfər) Qərbi Avropada, təxminən doqquz faizi (5,3 milyon nəfər) isə Çində yaşayır.

Ötən ilin sonuna qədər ruslar arasında dollar milyonçularının sayı 447 minə çatıb ki, bu da onları ümumi reytinqdə mütləq göstəricilərə görə 18-ci yerdə qoyur.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm