Dünya
Şahzadə Xalid bin Salman ABŞ-a çağırış etdi: Onları vurmayın
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman ABŞ administrasiyasını Yəməndəki husilərə qarşı yeni zərbələr endirməkdən çəkinməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şahzadə Xalid bu çağırışı iyulun 29-da Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə keçirdiyi görüşdə səsləndirib. O, əlavə hücumların bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini bildirib.
Bundan əvvəl husilər Səudiyyə Ərəbistanının Yəmənin hava məkanına nəzarət etməsinə cavab olaraq krallığın limanlarına dəniz blokadası tətbiq etdiklərini açıqlayıblar. Onlar həmçinin Qırmızı dənizdə iki Səudiyyə tankerinə hücum etdiklərini bəyan ediblər.
Riyad hesab edir ki, ABŞ-nin husilərə qarşı mümkün yeni əməliyyatları Qırmızı dənizdə gəmiçiliyə təhlükəni artıracaq və münaqişənin daha da genişlənməsinə səbəb ola bilər. Bu səbəbdən Səudiyyə Ərəbistanı husilərlə diplomatik əlaqələri qoruyub saxlamağa çalışır.
Ağ Ev isə görüşün nəticələri və ABŞ-nin husilərlə bağlı növbəti planları barədə hələlik rəsmi açıqlama verməyib. İyun ayında da Səudiyyə Ərəbistanı bölgədə gərginliyin azaldılmasına çağırış etmişdi.
Müəllif: Adəm
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































