Dünya
Kanada ABŞ-a ticarət müharibəsi elan etdi
"Kanada ABŞ ilə ticarət müharibəsi vəziyyətindədir".
Publika.az “Financial Times”a (FT) istinadla xəbər verir ki, Kanadanın baş naziri Mark Karni xalqa müraciətində belə bir bəyanat verib.
“Hücuma məruz qaldıqda müharibəyə qoşulursunuz, bizə isə hücum olunub”, - deyə Karni bildirib.
O əlavə edib ki, Kanada ABŞ-nin təkliflərini qəbul edə bilməz və Vaşinqtonun istədiyini verməyəcək.
“Onlar həddindən artıq çox şey istədilər və çox az şey təklif etdilər”, - deyə baş nazir əlavə edib.
Daha əvvəl bildirilib ki, ABŞ Kanada ilə ticarət sazişini razılaşdıra bilməyib və bu səbəbdən ona qarşı rüsumlar tətbiq etməlidir. Qeyd olunub ki, artıq avqustun 22-dən bir sıra Kanada mallarına 50 faiz həcmində rüsumlar tətbiq ediləcək. Kanadanın baş naziri Mark Karninin sözlərinə görə, ABŞ ilə danışıqlar prosesi ədalətsiz keçib.
Hüseyn İbadlı
-
Magazin223:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Sağlamlıq19:12Saç tökülməsinin ümumi səbəbləri - Gər gün neçə tel itirilə bilər?
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA


































