Dünya
Gecə Polşanı silkələyən partlayışın görüntüləri ortaya çıxdı: Rusiya raketi iddiası - VİDEO
Xəbər verdiyimiz kimi, Polşada iyulun 30-na keçən gecə Lyublin voyevodluğunda güclü partlayış baş verib. Ölkənin hava məkanını pozaraq düşən naməlum obyektin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, bu barədə Polşanın "Bilgoraj.com.pl" portalı məlumat yayıb.
Görüntülər Turobin qminasında yerləşən evlərdən birinin müşahidə kamerası tərəfindən qeydə alınıb. Kamera obyektin düşdüyü və böyük çuxurun yarandığı Tarnava-Koloniya yaşayış məntəqəsindən təxminən 8 kilometr aralıda yerləşir.
Kadrlarda güclü partlayış səsi eşidilir. Kameradakı vaxta əsasən, obyekt səhər saat 03:45-də yerə düşüb.
Polşa mediası hökumətdə obyektin Rusiyaya məxsus raket olması ehtimalının üstün tutulduğunu yazır.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə bunun Rusiyaya məxsus "X-101" qanadlı raketi olduğunu bildirib.
Hadisədən sonra Polşanın Baş naziri Donald Tusk proqramını dəyişərək təcili şəkildə Lyublin voyevodluğuna yollanıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Müəllif: Adəm
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































