Dünya
Haluk Leventə 22 daşınmaz əmlak satdım, pulumu ala bilmədim - Holdinq sahibi
Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Başaran” holdinqin sahibi Hüseyn Başaranın polisə ifadəsi açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Başaran bildirib ki, 2026-cı ilin fevral-aprel aylarında Haluk Leventin istəyinə əsasən ümumi dəyəri 2 298 985 908 lirə olan 22 daşınmaz əmlakı Yeliz Kaya adına keçirib. O, bunun müqabilində cəmi 151 milyon 680 min lirə ödəniş aldığını deyib.
Onun sözlərinə görə, Haluk Levent xaricdən yardım fondlarının gələcəyini və ödənişlərin həmin vəsait hesabına ediləcəyini deyib. Hətta Hatayda tikilən məktəbə mərhum qızının adının veriləcəyini söyləyib və müxtəlif fotoşəkillər göstərib.
Başaran qeyd edib ki, ödəniş vaxtı çatanda Haluk Levent müxtəlif bəhanələr gətirməyə başlayıb, daha sonra isə telefon zənglərinə cavab verməyib. Araşdırma zamanı satılan əmlakların qısa müddətdə başqa şəxslərin və şirkətlərin adına keçirildiyini, onların girov qoyularaq kredit götürüldüyünü öyrəndiyini deyib.
İş adamı “Ahbap” dərnəyinə heç vaxt ianə etmədiyini vurğulayaraq, bu işdə zərərçəkən tərəfin özü olduğunu bildirib.
Müəllif: Roza
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi



































